Rusiyanın BMT-nin İnsan Haqları Şurasından çıxarılması məsələsi müzakirə ediləcək

Amerika Birləşmiş Ştatları Rusiyanın BMT-nin İnsan Haqlar Şurasından kənarlaşdırılması ilə bağlı məsələ qaldıracaq.

Bu açıqlama ilə ABŞ-ın BMT-dəki səfiri Linda Tomas Qrinfild çıxış edib.

“Rusiyanın BMT-nin İnsan Haqları Şurasında iştirakı komediyadır. Bu yanlışdır və ona görə də biz inanırıq ki, BMT Baş Assambleyasında onun kənarlaşdırılması üçün səsvermənin vaxtıdır. Mənim mesajım Rusiyaya qarşı birləşmiş 140 ölkəydir: Buçadan olan görüntülər və Ukraynadakı dağıntılar bizdən indi öz sözlərimizi əməlimizlə dəstəkləməyimizi tələb edir”, – səfir qeyd edib.

Hamısını Göstər

Related Articles

Back to top button