Rusların törətdiyi gaha bir qətliam ortaya çıxdı
Kiyev vilayətinin Motıjin kəndinin rəhbəri Olqa Suçenko və ailəsi ruslar tərəfindən işgəncələrə məruz qalaraq qətlə yetirilib və cəsədləri meşədə basdırılıb.
Onlar martın 23-də rus əsgərləri tərəfindən qaçırılaraq naməlum yerə aparılıb. Çuxurda başqa kişi meyiti də tapılıb. Onun şəxsiyyəti müəyyən edilməyib.
Həmçinin, quyudan qonşu Severinovka kəndindən olan 44 yaşlı kişinin meyiti tapılıb.