Rusiya diplomatları Portuqaliyada “arzuolunmaz şəxs” elan edildilər: Onlara iki həftə vaxt verildi
Portuqaliya hökuməti Rusiyanın Lissabondakı səfirliyinin 10 əməkdaşını “arzuolunmaz şəxs” elan etmək qərarına gəlib.
Bu barədə Portuqaliyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Xarici İşlər Nazirliyi ölkədən çıxarılan səfirlik əməkdaşlarının fəaliyyətinin Portuqaliyanın “milli təhlükəsizliyinə zidd” olduğunu hesab edib. Onlara respublika ərazisini tərk etmək üçün iki həftə vaxt veriləcəyi bildirilib.



