Əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş iki nəfər şübhəli şəxs qismində saxlanıldı

Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Paşazadə aprelin 4-də bir nəfərin onu Sabunçu qəsəbəsi ərazisində yerləşən evə apararaq 2 gün orada saxlayıb narkotik vasitələr satmasını təklif etdiyini, razı olmadıqda isə mobil telefonunu alıb digər şəxslə birlikdə döyüb videoçəkiliş aparmalarını və buraxılması müqabilində 2000 manat pul tələb etmələrini bildirmişdir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar Etibar Rzayev və Valeriy Şuşkov müəyyən edilərək saxlanılmışlar.
Araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button