Koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb
Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən aprelin 8-də ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, yaşayış yerini tərk edən aktiv koronavirus xəstəsi olan Masallı rayon sakini R.Muradov ictimai yerdə aşkar edilərək saxlanılıb.
Polis əməkdaşları onunla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə evinə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumu məlumatlandırılıb.



