Lerikdə “Naromaniyaya yox deyək!” mövzusunda məktəblilərlə görüş keçirilib

Lerik Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 3 nömrəli tam orta məktəbdə “Naromaniyaya yox deyək!” mövzusunda məktəblilərlə görüş keçirilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan polise.az-a verilən məlumata görə, çıxış edən Lerik RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Müşviq Eyvazov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov və digərləri bəşəriyyətin üzləşdiyi ən ağrılı problemlərdən sayılan narkomaniyanın insan orqanizmində, cəmiyyətdə səbəb olduğu sağalmaz fəsadlar barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı hüquq mühafizə orqanlarının, o cümlədən polis əməkdaşlarının apardığı qətiyyətli mübarizədən bəhs edilib, əldə olunan nəticələr sadalanıb. Diqqətə çatdırılıb ki, bu mübarizə tədbirləri ilə yanaşı gələcəyimiz olan yeniyetmə və gənclərlə maarifləndirici görüşlərin keçirilməsi, onlara narkomaniya bəlası haqqında dolğun məlumatların verilməsi işi də mühüm əhəmiyyət kəsb edir.

Sonda narkomaniyanın zərərli təsirləri barədə videoçarx nümayiş etdirilib və məktəblilərin sualları cavablandırılıb.

Hamısını Göstər

Related Articles

Back to top button