Gecə klubundakı partlayışda yaralananlardan daha biri vəfat etdi

Bakıda “Location” gecə klubunda yaralananlardan daha biri vəfat edib.

TƏBİB-dən bildirilib ki, 2001-ci il təvəllüdlü Ayxan Fətullazadə günorta saatlarında müalicə aldığı özəl tibb müəssisəsində dünyasını dəyişib. Onun vəziyyəti kritik ağır olaraq qiymətləndirilirdi.

O, gecə klubunda ofisiant işləyirmiş. Bununla da partlayış zamanı ölənlərin sayı 4-ə çatıb.

Xatırladaq ki, aprelin 3-də saat 03:00 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən “Location” klubunda baş verən partlayış nəticəsində 1 nəfər (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova) həlak olub, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Aprelin 6-da isə 1999-cu il təvəllüdlü Eynullayeva Fərqanə Fərhad qızı vəfat edib, aprelin 9-u isə 2001-ci il təvəllüdlü Gülbala Abdullayev müalicə aldığı özəl tibb müəssisəsində ölüb.

Hamısını Göstər

Related Articles

Back to top button