Hulusi Akar: “Qara dənizə minaların qəsdən atılmasından şübhələnirik”
Türkiyənin milli müdafiə naziri Hulusi Akar bəyan edib ki, Qaraz dəniz ərazisinə minaların qəsdən atılması ilə bağlı şübhələrə malikdirlər.
“Ola bilsin ki, bu, NATO-nun minaaxtaran gəmilərini Qara dənizə buraxmağımız üçün bizə təzyiq etmək planının bir hissəsi kimi həyata keçirilib”, – deyə Türkiyənin milli müdafiə naziri bildirib.
H. Akar bir daha əlavə edib ki, Türkiyə Montrö Konvensiyasına sadiq qalacaq və Qara dənizə hərbi gəmilərin daxil olmasına icazə verməyəcək.



