Rəsmi Bakıdan Gürcüstandakı qondarma seçkilərə etiraz

“Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 10 aprel 2022-ci il tarixində Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma prezident seçkilərini, həmçinin onların nəticələrini tanımır”.

Azərbaycan XİN belə bəyanat yayıb.

Bəyanatda daha sonra deyilir:

“Azərbaycan Xarici İşlər Nazirliyi Tsxinvali məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir”.

Hamısını Göstər

Related Articles

Back to top button