“Rusiya bu şəhərə də fosfor bombaları atacaq” – Britaniya kəşfiyyatından xəbərdarlıq

“Ruslar Donetsk vilayətində istifadə etdikləri kimi, döyüşlərin şiddətləndiyi Mariupolda da fosfor bombalarından istifadə edə bilərlər”.

Bu barədə kəşfiyyat məlumatlarına əsasən Britaniya Müdafiə Nazirliyi bildirib.

Britaniya MN cəbhədəki son durumla da bağlı məlumat verib:

“Rusiya Donetsk və Luqansk vilayətlərini atəşə tutmaqda davam edib, Ukrayna qüvvələri bir neçə hücumu dəf edib. Nəticədə Rusiya tankları, maşınları və artilleriya texnikası məhv edilib”.

Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynaya müharibə elan edib. Bu gün artıq müharibənin 47-ci günüdür.

Hamısını Göstər

Related Articles

Back to top button