İmişlidə polis maarifləndirmə tədbiri keçirib

İmişli Rayon Polis Şöbəsinin təşkilatçılığı İmişli şəhər 4 saylı tam orta məktəbində “Narkomaniya yox deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirin əvvəlində iştirakçılar narkotik vasitələrin səbəb olduğu faciəvi nəticələri barədə videoçarxı izləyiblər.

Sonra çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Akif Nəsirov Respublikamızda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizədən və əldə olunan nəticələrdən bəhs edib. Əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni effektiv şəkildə təmin etmək məqsədilə bu cür maarifləndirmə tədbirlərin keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu bildirib. Diqqətə çatdırıb ki, hər kəs gənc nəslin sağlam böyüməsinə, valideynlərinin etimadını doğrultmasına, Vətənə layiqli övlad kimi yetişməsinə çalışmalıdır.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Hamısını Göstər

Related Articles

Back to top button