Putin FSB-də “təmizləmə” həyata keçirib: 150 zabit “qara siyahı”ya düşüb
RF Prezidenti Vladimir Putin FSB-də “təmizləmə” həyata keçirib.
Bu barədə “Bellingcat”ın araşdırmaçı jurnalisti Xristo Qrozev bildirib.
Onun sözlərinə görə, Ukrayna məsələsi ilə məşğul olan 5-ci xidmətin 150 zabiti “təmizləmə”yə düşüb.
“Deyə bilərəm ki, onların əhəmiyyətli bir hissəsi həbs olunmasa da, daha FSB-də işləməyəcək. Beləliklə, “təmizləmə” aparılması xəbəri dəqiqdir. Bir neçə günə ümid edirəm ki, biz bu insanların taleyi ilə bağlı yeni nəsə dərc edə biləcəyik”, – deyə Qrozev əlavə edib.
O, həmçinin FSB-nin 5-ci xidmətinin keçmiş rəisi, general-polkovnik Serqey Besedanın həbs olunduğunu təsdiqləyib.
Bundan əvvəl jurnalist Andrey Soldatov Besedanın istintaq təcridxanasına göndərildiyini bildirmişdi. Soldatovun sözlərinə görə, general-polkovnik mart ayında həbs edilib, sonra isə Lefortovoya köçürülüb. Besedanın işinin İstintaq Komitəsinin Hərbi İstintaq İdarəsində araşdırıldığı vurğulanıb.