Peskovun yalanı “Sky News”un efirində ifşa olundu

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynanın Kiyev vilayətinin Buça şəhərində törədilən hadisələrdə Rusiya hərbçilərinin iştirak etməməsi ilə bağlı efirdə danışarkən ifşa olunub.

“Sky News” telekanalının efirində Peskova Rusiya zirehli avtomobilinin ekipajının velosiped sürən qadını güllələdiyi anın videosu nümayiş etdirilib.

Kremlin sözçüsü bu tankın Rusiya hərbçilərinə məxsus olmasına şübhə edib.

Cavab olaraq aparıcı zirehdə “V” hərfini aydın şəkildə göstərən böyüdülmüş çərçivəni göstərib.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button