Yaponiyadan Rusiyaya yeni sanksiyalar: Lavrovun həyat yoldaşı və qızının aktivləri donduruldu

Yaponiya hökuməti Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiyadan olan 398 nəfərə və 28 təşkilata qarşı yeni sanksiyalar tətbiq edir.

Bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin saytında dərc edilmiş bəyanatda deyilir.

Xüsusilə, Dövlət Dumasının deputatları, Rusiya Hərbi Dəniz Qüvvələrinin Baş Komandanı Nikolay Yevmenov, Quru Qoşunlarının Ali Baş Komandanı Oleq Salyukov, Hərbi Hava Qüvvələrinin komandanı Sergey Dronov, Aerokosmik Qüvvələrin Ali Baş Komandanı Sergey Surovikin sanksiyalara məruz qalıb.

Bundan əlavə, Yaponiya hökuməti Rusiya Federasiyasında yeni investisiyaların qadağan edilməsini təsdiqləyib. Mayın 12-dən etibarən Yaponiyadan Rusiyaya yeni investisiyalar yalnız xüsusi icazələrlə həyata keçirilə bilər.

Qeyd edək ki, sanksiya siyahısına salınan və aktivləri dondurulan şəxslər arasında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun həyat yoldaşı Mariya və qızı Yekaterina Vinokurova da var.

Hamısını Göstər

Related Articles

Back to top button