Dünya Bankı Ukraynaya böyük maliyyə yardımı ayıracaq

Dünya Bankı Ukraynaya 1,5 milyard ABŞ dolları həcmində yardım ayıracaq.

Bu barədə Dünya Bankı Qrupunun prezidenti David Malpass Varşava İqtisad Məktəbindəki çıxışı zamanı bildirib.

“Mən məmnuniyyətlə elan edirəm ki, Dünya Bankı müharibə zamanı əsas dövlət xidmətlərinin göstərilməsinin davam etdirilməsini dəstəkləmək üçün Ukraynaya 1,5 milyard dollar vəsait köçürmə hazırlaşır.

Dünya Bankı 1944-cü ildə, Avropanın ikinci dünya müharibəsindən sonra bərpasına yardım üçün yaradılmışdı. İndi Ukraynaya da vaxtı gələndə bərpa işlərində yardım etməyə hazır olacağıq” – deyə deyə Dünya Bankı Qrupunun prezidenti vurğulayıb.

Hamısını Göstər

Related Articles

Back to top button