Prezident Administrasiyasının yüksək vəzifəli şəxsi vəzifəsindən azad edildi

Prezident Administrasiyasının yüksək vəzifəli əməkdaşı vəzifəsindən azad olunub.

Manset.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-Təşkilat Məsələləri şöbəsinin məsul əməkdaşı Arif Novruzov müvafiq əmrlə tutduğu vəzifəsindən azad edilib.

O, Manset.az-a açıqlamasında məlumatı təsdiq edib:

“Bəli, vəzifəmdən azad olunmuşam. Hələ ki başqa vəzifəyə təyin edilməmişəm”.

Qeyd edək ki, Arif Novruzov bir neçə rayonun icra hakimiyyətlərinin (Ağdaş, Göygöl, Goranboy, Tərtər və s.) kuratoru vəzifəsində çalışıb.

Hamısını Göstər

Related Articles

Back to top button