Bakıda “Toyota” dirəyə çırpıldı, sürücü öldü
Aprelin 13-də saat 22 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Ağstafa rayon sakini Şahin Hacıməmmədov idarə etdiyi “Toyota” markalı avtomobili yolun kənarındakı dirəyə vurmuşdur. Nəticədə sürücü və bir sərnişini xəstəxanaya yerləşdirilmiş, sürücü orada ölmüşdür.
Nərimanov RPİ-də araşdırma aparılır.



