ABŞ Rusiyaya sanksiyalardan yan keçməyə kömək edənləri cəzalandıracaq

ABŞ Rusiyaya sanksiyalardan yan keçməyə kömək edənlər barəsində yeni tədbirlər elan edib.

Bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

Onun sözlərinə görə, Ağ Ev yaxın günlərdə bu tədbirlər barədə məlumat yayacaq.

“Düşünürəm ki, yaxın bir-iki həftə ərzində Rusiyaya sanksiyalardan yayınmağa kömək etməyə çalışanlar haqqında məlumat alacağıq. Onlar bizim hədəfimizə çevriləcəklər”, – Sallivan qeyd edib.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bəyan edib ki, Rusiya ölkənin siyasi rəhbərliyinin razılığı ilə sanksiyaya məruz qalmış malların, o cümlədən hərbi malların Gürcüstan ərazisindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə çalışır. Gürcüstan tərəfi bunu təkzib edir.

Hamısını Göstər

Related Articles

Back to top button