Piyadanı vuran sürücü saxlanıldı

Şəmkir Rayon Polis Şöbəsinə aprelin 15-də saat 23 radələrində Çinarlı qəsəbəsi ərazisində yolu keçən qəsəbə sakini M.Eyyubovun avtomobillə vurulması nəticəsində aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olmuşdur.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-2107” markalı avtomobillə törədilməsi müəyyən edilmiş və həmin nəqliyyat vasitəsini idarə edən rayon sakini Nazim Novruzov saxlanılmışdır.

Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button