İtaliya Rusiya gəmiləri üçün bütün limanları bağlayır
İtaliya limanları aprelin 17-dən etibarən Rusiya gəmiləri üçün bağlanacaq.
Müvafiq qadağa fevralın 24-dən – Rusiyanın Ukraynada müharibəyə başlamasından sonra bayrağı dəyişdirilən gəmilərə də şamil ediləcək.
Qeyd edək ki, buna qədər aprelin 17-dən etibarən Rumıniyanın da Rusiya bayrağı altında üzən gəmilərin Qara dəniz və Dunaydakı limanlarına daxil olmasını qadağan edəcəyi açıqlanmışdı.



