Rusiya Müdafiə Nazirliyi: “Ermənistan tərəfi Qarabağda atəşkəs rejimini pozub”
Qarabağda Rusiya sülhməramlılarının məsuliyyəti zonasında atəşkəs rejiminin pozulması halı qeydə alınıb.
Bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyindən məlumat verilib.
Atəşkəsin qanunsuz erməni silahlı birləşmələri tərəfindən pozulduğu bildirilib.
İnsident nəticəsində insan itkisinin olmadığı qeyd edilib.



