Ələt qəsəbə sakininin əllərini iplə bağlayaraq 3800 manat pulunu alan şəxslər saxlanıldı

Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə müraciət edən Ələt qəsəbə sakini P.Məmmədov aprelin 14-də saat 2 radələrində yaşadığı evində döyülərək 3800 manat pulunun alınmasını və əllərinin iplə bağlanmasını bildirmişdir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən İmişli rayon sakini A.Alıkişiyev və Səngəçal qəsəbə sakini İ.Məmmədova müəyyən edilərək saxlanılmışlar.

Araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button