Ramiz Mehdiyevə 3 gün vaxt verildi…

Xəbər verildiyi kimi, dünən avqustun 25-də Milli Elmlər Akademiyasının prezidenti, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev AMEA-nın rəsmi saytında son vaxtlar barəsində tənqidi açıqlama və məqalələrlə çıxış edən bir sıra deputatlar, sabiq məmurlar, jurnalistlər, politoloqlar, partiya sədrlərinə  və s. qarşı təhdid xarakterli növbəti bəyanat yayıb. O, adlarını çəkdiyi həmin şəxsləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələrinə(şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda və KİV-lərdə yaymaq və s.)  əsasən məhkəməyə verməklə hədələyib.

AMEA rəhbərinin bəhs edilən bəyanatında adları çəkilən keçmiş məmur və deputatlardan biri – Maksim Musayev Moderator.az-a  açıqlamasında  məsələyə münasibət bildirib:

“Ramiz, əzizim, səni debata çağırdım – gəlmədin. Bilirəm ki,  qorxaq və cəsarətsizsən… İndi də yenə adımı hallandırırsan. Məni məhkəməyə vermək üçün sənə 3 gün vaxt verirəm.  Əgər bu tələbimi yerinə yetirməsən, mənə səni məhkəməyə vermək üçün hüquqi əsas verirsən. Sənin qərarını gözləyirəm…” – deyə sabiq icra başçısı və parlament üzvü Ramiz Mehdiyevə konkret müraciət ünvanlayıb.

Mənbə
moderator.az
Hamısını Göstər

Related Articles

Back to top button