Çıxarılan nazirlərin qolları qandal görəcəkmi?

“Necə olur ki, bir nazirlikdə rüşvət alınmasına görə müavin və aparat rəhbəri həbs olunur, amma nazir azadlıqda qalır? Nazirin rüşvət alınmasından xəbəri yoxdursa, niyə nazirdir?”.

Bu cür fikirlərə sosial şəbəkələrdə tez-tez rast gəlirik.

Xatırladaq ki, “MTN əməliyyatı” zamanı Eldar Mahmudovun dəstəsi həbs edilsə, də özü azadlıqda qaldı. Halbuki onun adı “MTN işi”ndə bütün epizodlarda keçir, “rəhbərlik” ifadəsi ilə birbaşa hədəf göstərilirdi.

Eldar Mahmudovun sabiq işçiləri, başda general Akif Çovdarov olmaqla heç bir MTN zabiti birbaşa Eldar Mahmudovun adını çəkmədi. Amma bu iş üzrə zərərçəkmiş bütün şəxslər ifadələrində bildirdilər ki, MTN-də məruz qaldıqları bütün özbaşınalıqların səbəbkarı Eldar Mahmudov olub. Çünki MTN-də “rəhbərlik göstəriş verib” əmri ilə zərərçəkmişlərdən hədə-qorxu və şantaj ilə pul tələb olunub.

Eldar Mahmudov — Vikipediya

“MTN işi”nin davamı olaraq əməliyyatlar o zamankı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə sıçradı. Nazirliyin vəzifəli şəxslərinə qarşı mənimsəmə ittihamı irəli sürülsə də, onlar “MTN çetesi” ilə əlbir olmaqda şübhəli bilinirdilər. Çünki MTN vəzifəli şəxsləri, məmurları məhz Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vasitəsi ilə dinləmişdi və buna şəraiti də nazir Əli Abbasov yaratmışdı.

Bu dəfə də nazir kənarda qaldı, amma onun işçiləri həbs edildi. Başda nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov olmaqla bir çox vəzifəli şəxslər həbs edildi. Ayda 300 min manat “paket” alan Əli Abbasov isə azadlıqda qaldı. Əli Abbasovun adı “Rabitə işi” üzrə keçirilən məhkəməsdə dəfələrlə çəkildi. Vidadi Zeynalov da tələb edirdi ki, Əli Abbasov niyə məhkəmə önündə ifadə vermir. Amma Əli Abbasovu “qoruyan əl” onun məhkəməyə gətirilməməsinə də şərait yaratdı. Əli Abbasov heç məhkəməyə gəlmədi, ayda 300 min “paket” almasına aydınlıq gətirmədi. Əli Abbasov həbs edilən şəxslərin əvəzinə dövlətə vurulmuş milyonlarla manat dəyərində ziyanı ödədi ki, adını çəkməsinlər…

Əli Abbasov işdən çıxarıldı

Növbəti yazılarımızda Əli Abbasovu “qoruyan əl”lə bağlı ətraflı yazacağıq…

Son zamanlar isə daha iki nazirlikdə – Mədəniyyət Nazirliyində və Xarici İşlər Nazirliyində əməliyyatlar keçirildi. Əməliyyat zamanı mədəniyyət nazirinin müavini və digər vəzifəli şəxslər iş başında saxlanıldılar. Onlara qarşı da rüşvət alma və mənimsəmə ittihamları irəli sürüldü. Nazir Əbülfəz Qarayev nazir postundan uzaqlaşdırıldı.

Əbülfəz Qarayev bizi ermənilərin önündə necə utandırıb ...

Onun istintaqa cəlb ediləcəyi deyilirdi. Lakin nazirliyin məhkəmə qərarı ilə həbs edilən vəzifəli şəxsləri barəsində istintaq davam etsə də Əbülfəz Qarayev məsuliyyətə cəlb edilməyib.

Son olaraq isə xarici işlər naziri Elmar Məmmədyarov işdən çıxarıldı. Bundan əvvəl isə onun rəhbəri olduğu nazirlikdə vəzifəli şəxslər iş başında saxlanılıblar. Onlar da rüşvət alma və mənimsəmə əməllərinə görə məsuliyyətə cəlb edildilər. Bütün bunlar baş verən ərəfədə isə Elmar Məmmədyarov öz bağında dincəlirdi.

Elmar Məmmədyarov rusiyalı həmsədrə zəng vurdu: "Təcavüzdür..."

Bəli, nazir bağda dincəldiyini özü demişdi…

Bütün bunlar bizdə haqlı olaraq sual yaradır: Niyə sabiq nazirlərin korrupsiyaya bulaşan işçiləri həbs edilir, amma özləri azadlıqdadır? Belə suallar da çoxdur ki, Eldar Mahmudov, Əli Abbasov, Əbülfəz Qarayev, Elmar Məmmədyarov özləri korrupsiyya bulaşmayıbmı, nazirlikdəki rüşvət mexanizmindən xəbərləri olmayıbmı?

Buna demək olar ki, heç kim inanmır…

Mənbə
musavat.com
Hamısını Göstər

Related Articles

Back to top button