Polis Qubada şagirdlərlə görüş keçirib

Quba  Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Hacıqayıb kənd tam orta məktəbində  “Gəncliyimizi narkomaniyadan qoruyaq” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə RPŞ-nin əməkdaşları, rayon təhsil şöbəsinin nümayəndəsi, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.

Şagirdlərlə görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki  Mehman Əliyev yeniyetmə və gənclərimizə yüksək təhsil almaqlarını, müasir informasiya texnologiyalarından istifadə etməyi bacarmalarını, idmanla məşğul olmalarını, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda böyümələrini, vətənpərvər kimi hər zaman ölkəmizin müdafiəsinə hazır olmalarını və cəmiyyətdə sağlam fərdə çevrilmələrini tövsiyə edib.

Həmçinin, çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Vüsal Rüstəmov narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs edib, bu istiqamətdə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə tədbir iştirakçılarını məlumatlandırıb. Həmçinin, ötən il ərzində Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə tədbirləri nəticəsində aşkarlanmış faktların statistikası qeyd olunub və müxtəlif növ narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarıldığı diqqətə çatdırılıb.

Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb və narkomaniyanın fəsadlarından bəhs edən sosial çarxlar nümayiş etdirilib.

Hamısını Göstər

Related Articles

Back to top button