Polis Yardımlı məktəbliləri ilə antinarkotik mövzusunda görüş keçirib
Yardımlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə məktəblilərlə “Sağlam gələcək naminə narkomaniyaya yox deyək” mövzusunda növbəti görüş keçirilib.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan polise.az-a verilən məlumata görə, Yardımlı rayonun Gavran kənd tam orta məktəbində keçirilən görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Arif Babayev əsrin bəlası sayılan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə maarifləndirici görüşlərin keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu bildirib. Məktəblilərə narkomaniyanın səbəb olduğu ağır fəsadlar barədə ətraflı məlumat verilib, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizə tədbirlərindən söz açıb. Qeyd edib ki, narkomaniya bəlasına qarşı mübarizədə cəmiyyətin hər bir üzvü fəal olmalı, sağlam, işıqlı gələcək naminə bu işdə laqeydlik göstərilməməlidir.
Sonda müzakirə olunan mövzu ilə bağlı videoçarx nümayiş etdirilib və məktəblilərin sualları cavablandırılıb



