Kosaçev: “Rusiyalılar Qərbdən evakuasiya oluna bilər”

Qərb ölkələrində getdikcə artan rusofobiya rusiyalıların təxliyəsi zərurətinə gətirib çıxara bilər.  Bu barədə Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev bildirib.

“İstisna etmirəm ki, bəzi hallarda başqa ölkələrdə yaşamaq qeyri-mümkün olduqda həmvətənlərimizi təxliyə etmək lazım gələ bilər” – deyə o, rusofobiya probleminə həsr olunmuş “Vahid Rusiya” videokörpüsü zamanı qeyd edib.

Bu fikrin bəzilərinə çox radikal görünə biləcəyini etiraf edən siyasətçi buna baxmayaraq bu yöndə vəziyyətin sürətlə kəskinləşdiyini və “mənəviyyat və əxlaq baxımından qırmızı xətti keçdiyini” vurğulayır.

Kosaçevin fikrincə, istənilən varianta hazır olmaq lazımdır.

Hamısını Göstər

Related Articles

Back to top button