“The Telegraph”: “NATO ölkələri Aİ sanksiyalarından yan keçərək Rusiyaya hərbi texnika tədarük ediblər”
Fransa və Almaniya Avropa İttifaqının 2014-cü ildən sonra Krımın Rusiya Federasiyası tərəfindən ilhaqı ilə əlaqədar tətbiq etdiyi anti-Rusiya sanksiyalarından yan keçərək, Rusiyaya 273 milyon avro dəyərində hərbi texnika veriblər.
Bu barədə Britaniyanın “The Telegraph” qəzeti məlumat yayıb.
Məqalə müəllifləri eyni silahın Rusiya hərbçiləri tərəfindən Ukraynadakı müharibə zamanı istifadə oluna biləcəyini deyirlər. Bu siyahıya bombalar, reaktiv sursatlar, raketlər və toplar, həmçinin mindən çox rus tankı üçün teplovizorlar daxildir. Silahların adları açıqlanmır.
Berlin iddia edir ki, avadanlıq Moskva malların dinc məqsədlər üçün istifadəsinə zəmanət verdikdən sonra Rusiya tərəfinə təhvil verilib.