Türkiyə Rusiya təyyarələri üçün hava məkanını bağlayıb

Türkiyə Suriyaya uçan Rusiya təyyarələri üçün öz hava məkanını bağlayıb.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərin suallarına cavablandırkən deyib.

“Rusiyanın Suriyaya gedən hərbi təyyarələri, eləcə də mülki təyyarələr üçün hava məkanını bağladıq. Üç aydır icazə verirdik. Aprelə qədər icazələri var idi”, – Mövlud Çavuşoğlu bildirib.

Türkiyənin XİN başçısı əlavə edib ki, Türkiyə Rusiyaya qarşı sanksiyalarda iştirak etmir, ona görə də Rusiya şirkətləri Türkiyədə bizneslə məşğul ola bilər.

Hamısını Göstər

Related Articles

Back to top button