Polşa Ukraynaya böyük həcmdə silah göndərir
Polşa Ukraynaya əlavə olaraq 1,6 milyard dollar həcmində silah bağışlayıb.
Bu barədə Polşa hökumətinin mətbuat katibi Pyotr Müller məlumat verib.
“Bu, Ukrayna, Polşa və Avropanın suverenliyini qorumaq üçündür”, – deyə Pyotr Müller bildirib.
Xatırladaq ki, Rusiyanın Ukrayna ərazisinə genişmiqyaslı hərbi müdaxiləsi fonunda Polşa Rusiyadan kömürün alınmasına embarqo qoyub.