Rusiya xəzərdən Odessaya hava zərbələri endirib
Rusiya hərbçilərinin Odessaya endirdiyi hava zərbəsi nəticəsində azı 5 nəfər ölüb, daha 18 nəfər yaralanıb. Bu barədə Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib.
O qeyd edib ki, yaralıların və ölənlərin sayı artacaq. Ölənlər arasında üç aylıq körpə də var.
Raketlər Rusiyanın TU-95 strateji aviasiya təyyarəsi tərəfindən Xəzər dənizindən buraxılıb. Ukrayna hərbçiləri Rusiyanın iki qanadlı raketini və iki operativ-taktiki PUA-nı vurub. Bununla belə, daha iki raket hərbi obyektə və iki yaşayış binasına düşüb.