“Qazprom” daha bir ölkəyə qaz nəqlini dayandırır
“Qazprom” Polşanın ardından Bolqarıstana da xəbərdarlıq edib.
Bu barədə Bolqarıstan Energetika Nazirliyi məlumat yayıb.
Məlumata görə, “Qazprom” “Bulgargaz”a aprelin 27-dən qazın nəqlini dayandıracağını bildirib.
Qeyd edək ki, Rusiya şirkəti qazın pulunu rublla ödəməyə razı olmadıqlarına görə Polşa və Bolqarıstana mavi yanacağın tədarükünü dayandırır.