Rusiya Ümumdünya Turizm Təşkilatından kənarlaşdırıldı
BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) Baş Assambleyası Rusiyanın qurumdakı üzvlüyünün dayandırılması barədə qərar qəbul edib.
Bu barədə çərşənbə günü İspaniyanın Sənaye, Ticarət və Turizm Nazirliyinin saytında dərc olunmuş press-relizdə deyilir.
“ÜTT Baş Assambleyası ev sahibi ölkə kimi İspaniyanın sədrliyi ilə Madriddə keçirilən növbədənkənar iclasında Ukraynada davam edən hərbi əməliyyatlarla əlaqədar Rusiyanın təşkilatdakı üzvlüyünün müvəqqəti dayandırılması barədə qərar qəbul edib”, – deyə sənəddə bildirilib.