Moldova Ukraynaya hərbi yardım təklif edib

Moldova Rusiya Federasiyasının hərbi təcavüzü fonunda ilk dəfə olaraq Ukraynaya yardım edəcək. Belə ki, Ukraynaya ölkənin Silahlı Qüvvələri tərəfindən azad edilən yaşayış məntəqələrini sursatlardan təmizləmək üçün ixtisaslı istehkamçılar, həmçinin zərərçəkmiş ukraynalılara humanitar yardım paketləri göndəriləcək.

Bu barədə respublika Prezidenti Maya Sandu deyib.

O, həmçinin əlavə edib ki, Moldovanın dövlət bank sistemi Aİ ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyalara qoşulacaq.

Hamısını Göstər

Related Articles

Back to top button