Həmkəndlisinin başına balta ilə xəsarət yetirdi
Cəlilabad Rayon Polis Şöbəsinə aprelin 27-də Qarazəncir kəndində kənd sakini, əvvəllər məhkum olunmuş Çingiz Bayramovun münaqişə zəminində həmkəndlisi, əvvəllər məhkum olunmuş Cəmil Bayramovun baş və bel nahiyələrinə balta ilə xəsarət yetirməsi barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ç.Bayramov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişdir.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmışdır. Araşdırma aparılır.