Rusiyalı hərbçilər təslim olmuş ukraynalı əsgərləri edam ediblər

ABŞ rusiyalı hərbçilərin Donetsk vilayətində təslim olmaq istəyən ukraynalıları edam etmələri ilə bağlı etibarlı məlumat əldə edib.

Bu barədə ABŞ-ın beynəlxalq ədalət üzrə xüsusi nümayəndəsi Bet Van Şaak BMT-nin iclasında bəyan edib.

“Hazırda bizdə etibarlı məlumat var ki, Donetsk yaxınlığında fəaliyyət göstərən Rusiya hərbi birləşmələri təslim olmaq istəyən hərbçiləri tutmaq əvəzinə, edam ediblər”, – deyə o bildirib.

O, doğru olacağı təqdirdə bunun müharibə qanununun əsas prinsipinin (hansı ki, təslim olmuş mülki şəxsin və döyüşçünün özbaşına edam edilməsini, yaralamağı və əlil etməyi qadağan edir) pozulması adlandırıb.

Hamısını Göstər

Related Articles

Back to top button