Danimarka Ukraynaya döyüş sursatları göndərir

Danimarka Ukraynaya M113 zirehli transportyorları və döyüş sursatları göndərir.

Bu barədə “DR News” nəşri məlumat yayıb.

Silahlar Danimarkanın Baş naziri Mette Frederiksenin ötən həftə Kiyevə səfəri zamanı Ukraynaya vəd etdiyi 600 milyon kron yardımının bir hissəsidir.

Həmçinin qeyd edilir ki, Baş nazirin səfərindən sonra Silahlı Qüvvələr və xüsusilə Quru Qoşunları anbarlardakı hansı silah sistemlərinin Ukraynada faydalı ola biləcəyini təhlil edir.

Qeyd olunur ki, M113 zirehli transportyoru 1964-cü ildən Danimarkanın müdafiəsində istifadə olunsa da, bir neçə dəfə modernləşdirilib.

Hamısını Göstər

Related Articles

Back to top button