Rusiyada hərbi kompleks müəssisəsində yanğın qurbanlarının sayı artıb

Rusiyanın Tver şəhərində Müdafiə Nazirliyi Hava-Kosmik Qoşunları Elmi-Araşdırma Mərkəzində baş vermiş yanğın nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

Bu barədə Fövqəladə Hallar Xidməti məlumat yayıb.

“Dağıntıların təhlili zamanı daha beş nəfərin meyiti tapılıb. Yanğın qurbanlarının ümumi sayı 22 nəfərdir. Daha bir nəfərin axtarışları aparılır”, – Xidmətdən bildirilib.

Qeyd edək ki, aprelin 21-də Rusiya Müdafiə Nazirliyinin Tver şəhərindəki “S-400” zenit-raket kompleksi və “İsgəndər” raketlərinin hazırlandığı Elmi-Araşdırma Mərkəzində yanğın baş verib.

Hamısını Göstər

Related Articles

Back to top button