Polis silahla hücum edən şəxsi zərərsizləşdirdi
Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə aprelin 29-da saat 2:50 radələlərində Maştağa qəsəbəsində yerləşən kafelərin birində münaqişə olması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gəliblər. Araşdırma zamanı kafeni işlədən Ləman Heydərova Teymur adlı şəxsin sərxoş vəziyyətdə bıçaqla onları hədələyərək 1000 manat pul tələb etməsini, kafenin şüşələrini sındırmasını, işçilərdən birinə isə bıçaqla xəsarət yetirərək getməsini bildirib.
Polis əməkdaşları dərhal ona ilkin tibbi yardım göstərib, yaxınlıqdakı xəstəxanaya yerləşdiriblər. Hazırda onun vəziyyəti qənaətbəxşdir, həyatına təhlükə yoxdur.
Araşdırmalarla həmin şəxsin əvvəllər 3 dəfə məhkum olunmuş Maştağa qəsəbə sakini, 49 yaşlı Teymur Yolçuyev olduğu müəyyən edilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.