Zelenski: “Kiyev ərazisində 900-ə yaxın mülki şəxsin basdırıldığı kütləvi məzarlıq aşkar edilib”

Kiyev vilayəti ərazisində hüquq-mühafizə orqanlarının əməkdaşları 900-ə yaxın mülki şəxsin basdırıldığı yeni kütləvi məzarlıq aşkar ediblər.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Polşa mətbuatına müsahibəsində açıqlama verib.

“Beynəlxalq qurumlar bəzən həqiqətən də ləng hərəkət edirlər. Demək istəyirəm ki, bu və ya digər sübutların olmamasına görə, məsuliyyətə cəlb etmək olmur, halbuki şahidlər var, baxmayaraq ki, hamı baş verənləri görüb. Amma buna baxmayaraq, onlar cinayətlərinin izlərini itirirlər. Rusiyalılar özləri ilə gətirdikləri və insanları, meyitləri yandırdıqları səyyar krematoriyaları aradan götürürlər.

Təsəvvür edin, o qədər öldürülənlər var idi ki, yandırılanlara baxmayaraq, yeni qəbirlər tapılır. Kiyev vilayətində onların satyı 900 nəfərdir.

Nə qədər insan ölüb, heç kim bilmir. Bunun nəticəsi olacaq, bunlar araşdırılacaq, sonra siyahıyaalma olacaq. Bütün bu insanları tapmaq lazımdır. Axı biz nə qədər sayda insan olduğunu bilmirik”, – deyə Ukrayna lideri bildirib.

Hamısını Göstər

Related Articles

Back to top button