Polis Qubada şagirdlərə narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən bəhs edib

Quba  Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Xucbala kənd tam orta məktəbində  “Narkotikə yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Çıxış edən Rayon Polis Şöbəsinin Şəxsi Heyət Üzrə Rəis Köməkçisi, polis mayoru Rüstəm Hüseynov müasir dövrümüzdə çox böyük təhlükəyə çevrilərək dünyanı təhdid edən narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən söz açıb. Narkotik asılılığının aludəçilərin faciəvi sonluğuna səbəb olduğunu, belə vasitələrdən onların əhatəsində olan insanların da ciddi zərər gördüyünü qeyd edərək bu fəlakətlə mübarizə istiqamətində görülən işlər haqqında geniş məlumat verib.

Həmçinin, çıxış edən RPŞ-nin azyaşlılar üzrə baş inspektoru, polis kapitanı Orxan Şahmarov narkotiklərin hər bir cəmiyyətin gələcəyi üçün çox böyük təhlükə doğurduğunu vurğulayıb.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb və  narkotik vasitələrin fəsadlarından bəhs edən sosial çarxlar nümayiş etdirilib.

Hamısını Göstər

Related Articles

Back to top button