Rusiya ilk dəfə Ukraynada uçan minasını sınaqdan keçirdi
Rus ordusu ilk dəfə olaraq ən müasir silahlardan istifadə etməyə başlayıb. Rusiyanın yeni kəşfi olan “sıçrayan bomba” kimi təsvir edilən ağıllı mina ilk dəfə Ukrayna müharibəsində ortaya çıxıb. Uçan tank əleyhinə mina “PTKM-1R” 30 metr hündürlükdən özünü ataraq, havadan partlayıcıları tanklara atır.
Hədəfi yerdə skan etmək xüsusiyyətinə malik olan bu mina yaxınlaşan avtomobillərin səslərini tanıyan və bu səsləri yaddaşındakı hədəflərin siyahısı ilə müqayisə edən sensorlarla təchiz edilib.
Mina 100 metr aralıda zirehli maşını aşkarlaya bilir. Hədəf kifayət qədər yaxınlaşdıqda mina havaya qalxır və bir neçə saniyə ərzində tanka dəyir.



