Özünü binadan atan məktəbli qız kişinin üstünə düşdü
Bakıda məktəbli intihar edib.
Hadisə paytaxtın Xətai rayonu, Qədir Məmmədov küçəsində qeydə alınıb.
11-ci sinifdə oxuyan, 2005-ci il təvəllüdlü Xumar Babayeva özünü yaşadığı binanın 7-ci mərtəbəsindən atıb. Nəticədə aşağıda dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazovun üstünə düşüb.
Qızın öldüyü, kişinin isə vəziyyətinin ağır olduğu bildirilir.
Gənc qız 245 saylı məktəbdə təhsil alırmış. Onun universitetə hazırlaşdığı deyilir. Qeyd edək ki, ötən gün Xumarın doğum günü olub.
***
İlkin araşdırmalarla X.Babayevanın intihar etməsinə səbəb imtahanda zəif nəticə göstərməsi olduğu müəyyən edilib.



