Ağsuda məktəbdə bomba həyəcanı
Mayın 4-də saat 04.50-də DİN-in “102 – Zəng Mərkəzi”nə mobil telefondan zəng edən şəxs “Ağsu rayonunun Ərəbuşağı kəndindəki orta məktəbdə bomba var” deyərək telefonu qapatmışdır.
Dərhal Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmiş və məlumat təsdiqini tapmamışdır.
Araşdırmalarla telefon zənginin Ərəbuşağı kənd sakini, ruhi xəstə, 23 yaşlı Füzuli Nizamlı tərəfindən edilməsi müəyyən olunmuşdur. Əməliyyat-axtarış tədbirləri nəticəsində o, saxlanılmışdır.
Araşdırma aparılır.



