6000 manat dəyərində əlvan metal oğurlayan şəxs saxlanıldı

Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə mayın 1-nə keçən gecə rayon ərazisindəki sexlərin birindən 6000 manat dəyərində əlvan metalın oğurlanması barədə müraciət daxil olmuşdur.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nizaməddin Ağayev müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button