Qadının bank kartından 3000 manat pulu nağdlaşdıran şəxs saxlanıldı
Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan qadın bank kartından 3000 manat pulunun çıxarılaraq oğurlanmasını bildirmişdir.
Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Tehranə Qasımova və qardaşı, Şəki rayon sakini Teymur Davudov müəyyən edilərək saxlanılmışlar.
Araşdırma aparılır.



