Bu, artıq Rusiyanın təslim olmasıdır – Piontkovski

Ukrayna Silahlı Qüvvələrinin uğurlu fəaliyyəti nəticəsində rus ordusunun Xarkov vilayətində 3 körpünü partlatması Putin ordusunun müəyyən qədər təslim olmasından xəbər verir.

Bunu rusiyalı politoloq Andrey Piontkovski deyib.

“Onlar Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatına hazırlaşarkən körpüləri partladırlar. Onlar artıq bunu (Ukrayna Silahlı Qüvvələrinin hücumunu – red.) hesablayıblar. Bu, onların bir növ təslim olmasıdır”, – politoloq vurğulayıb.

O qeyd edib ki, bu, Ukrayna ordusunun əks-hücumunu çətinləşdirmək üçün edilir: “Fikrimcə, bu, Putinin mayın 9-dan əvvəl düşünə biləcəyi ən yaxşı şeydir”.

Onun sözlərinə görə, Ukrayna hərbçiləri ponton körpüləri düzəltməli olacaqlar:

“Bu, Donetsk və Luqanskın ələ keçirilməsini təxminən 2 həftə ləngidəcək, lakin əsas ssenarini dəyişməyəcək”.

Hamısını Göstər

Related Articles

Back to top button