Rusiyalı pilotlar əmrlərə tabe olmamaq üçün öz döyüş sursatlarını tükədir
“Ukraynadakı vəziyyəti anlayan bəzi rusiyalı hərbçilər cinayətkar sifarişləri yerinə yetirmək istəmirlər”.
Bu sözləri Ukraynanın Nikolayev vilayətinin hərbi administrasiyasının sədri Vitali Kim deyib.
“Bizim əldə etdiyimiz məlumatlara görə, bəzi düşüncəli rusiyalılar, ayrı-ayrı pilotlar, cinayətkar əmrlərə tabe olmamaq üçün boş sahələrdə öz sursatlarını tükədir. Bunun üçün sizə təşəkkür edirik. Belə davam edin, heç kimə qulaq asmayın”, – deyə Vitali Kim rusiyalı hərbçilərə müraciət edib.