Bəxtiyar Əliyev vəzifəsindən azad olundu

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri vəzifəsindən azad edilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, B.Əliyev öz istəyi ilə işdən çıxıb.

Bildirilib ki, o, BDU-da heç bir vəzifə daşımır.

B.Əliyev 1997-ci ildən Psixologiya kafedrasının müdiri olub. Hazırda kafedranın müdiri vəzifəsi psixologiya üzrə elmlər doktoru, professor Elnarə Şəfiyevaya həvalə edilib. E.Şəfiyeva 1993-97-ci illərdə BDU-nun psixologiya kafedrasında baş müəllim, 1997-2013-cü illərdə dosent olub və 2013-cü ildən professor vəzifəsində çalışır.

Xatırlatma: Bəxtiyar Əliyevin də Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyi bildirilirdi. Amma o, açıqlamasında yazılanların həqiqətəuyğun olmadığını deyib.

Mənbə
pravda.az
Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button