Ağdam sakini sursat partlaması nəticəsində öldü

Ağdam rayonu ərazisində 1982-ci il təvəllüdlü Rəşad Bəxtiyarovun çoxsaylı qəlpə yarası alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ağdam Rayon Prokurorluğundan verilən xəbərə görə, aparılmış araşdırmalarla kənd-təsərrüfatı fəaliyyəti ilə məşğul olan Rəşad Bəxtiyarovun rayonun Çəmənli kəndi ərazisində silah-sursatın partlaması nəticəsində ağır dərəcəli bədən xəsarəti alması müəyyən edilib. 

Yaralı xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. 

Hazırda faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button